
Şimali Kipr Türk Respublikasının prezidenti Ərsin Tatar Rusiya dövlət başçısı Vladimir Putinə müraciət edərək iki ölkə arasında birbaşa əlaqələr məsələsinə baxılmasını xahiş edib.
Missiya.Az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Sizin vasitənizlə Şimali Kiprdə yaşayan ruslara səmimi hisslərimi bildirmək istərdim. Biz Rusiya ilə münasibətlərimizin inkişafını və genişlənməsini istəyirik, ona görə də mən bütün ruslara minnətdarlığımı bildirirəm, həmçinin Moskva hakimiyyətindən və şəxsən prezident Putindən Şimali Kipr ilə münasibətlər məsələsini nəzərdən keçirmələrini xahiş edirəm”, - deyə siyasətçi vurğulayıb.
O, bildirib ki, Rusiya rəhbərliyindən və rus xalqından, xüsusilə Ukraynada və bir çox qlobal dəyişikliklərlə dünyada baş verənlərdən sonra Kiprlə bağlı siyasətinə yenidən baxmalarını xahiş etmək istərdim.
Onun sözlərinə görə, Moskvanın Şimali Kiprlə birbaşa əlaqələri olsaydı, bu, bütün ölkələrlə, o cümlədən Rusiya ilə münasibətləri inkişaf etdirməyə çalışan Türkiyə üçün də faydalı olardı.
Ərsin Tatar qeyd edib ki, adanın şimalı və cənubu ayrı-ayrı müstəqil dövlətlər kimi birgə yaşamalıdır:
“Öz mövqeyinə uyğun olaraq Kipr iki müstəqil suveren hissəyə bölünməlidir və beləliklə, Ankaranın adada təhlükəsizliyin təminatçısı kimi mövcudluğu qalacaq və Türkiyə qoşunları Kiprin şimal hissəsinin təhlükəsizliyini təmin etməyə davam edəcək. Əgər bu hərbi birləşmələr şimal hissəsindən çıxarılarsa, biz adanın yunan hissəsindən qoşunların hücumuna məruz qala bilərik. Və heç kim kipr türklərinin köməyinə gəlməyəcək”. – deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az