AZ   |   RU
Ərdoğan bu gün Macarıstana səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Macarıstana səfər edəcək.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, səfər zamanı Türkiyə lideri Macarıstan prezidenti Katalin Novak ve baş nazir Viktor Orbanla görüşəcək.


Bildirilir ki, liderlərin görüşü zamanı iki ölkə arasında ticarət dövriyyəsinin 6 milyarda dollara çatdırılması hədəflənir.


Məlumata görə, iki ölkə arasında 16 sənədin imzalanacağı gözlənilir.


Qeyd edək ki, dekabrın 18-i həm də Türkiyə və Macarıstan arasında əlaqələrin qurulmasının 100-cü ildönümüdür.



Daşqın Həsənov
Missiya.Az



  • 18-12-2023, 09:43