AZ   |   RU
“Qərb MDB ölkələrinin işlərinə müdaxilə etmək vərdişindən əl çəkmir” - Rusiya kəşfiyyat rəhbəri

“Qərb postsovet məkanında özünün dağıdıcı xəttinin nəzərəçarpacaq uğursuzluqlarına baxmayaraq, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin işlərinə kobud şəkildə müdaxilə etmək vərdişindən əl çəkmir”.

 

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Minskdə MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 19-cu iclasının iştirakçıları ilə görüşündə deyib.


“Postsovet məkanında özünün dağıdıcı xəttinin nəzərəçarpacaq uğursuzluqlarına baxmayaraq, Qərb MDB ölkələrini parçalamaq, onları siyasi iradədən məhrum etmək üçün onların işlərinə kobud şəkildə müdaxilə etmək vərdişindən əl çəkmir”, - deyə kəşfiyyat rəhbəri vurğulayıb.


Narışkin Qərb dövlətlərinin etnik separatçı və ksenofobik əhval-ruhiyyəni qızışdırmaqla MDB ölkələrinin mövcud güc sistemlərini sarsıtmaq cəhdlərinin artması ilə bağlı xüsusi narahatlığını ifadə edib: 


“Biz indi xüsusilə Qərb blokunun etnik separatçı və ksenofobik hissləri qızışdırmaqla Birlik məkanında mövcud güc sistemlərini sarsıtmaq cəhdlərinin artmasından xüsusilə narahatıq”, - deyə Narışkin bildirib.


O, həmçinin xatırladıb ki, anqlo-sakson ölkələri məhz bu şüar altında onilliklər ərzində Ukraynanın müstəmləkəçiliyini həyata keçirib və bu, Ukrayna xalqının və cəmiyyətinin hazırkı faciəsi ilə nəticələnib. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 14-12-2023, 14:07