AZ   |   RU
Putin bəyan etdi - Daha səfərbərlik olmayacaq

Rusiyada Ukrayna ilə müharibədə iştirak etmək üçün əlavə qüvvələrin cəlb olunması məqsədilə  səfərbərliyin davam etdirilə biləcəyi ilə bağlı söhbətlərə son qoyulub. 


Missiya.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilin yekun mətbuat kofransında ölkədə ikinci səfərbərlik dalğası olmayacağını və buna ehtiyac yoxdur, - deyə bəyan edib.


Qeyd edək ki, bu açıqlamanın ardınca Rusiya mediasında ekspertlərin rəylərinə yer verilib. Ekspertlər Putinin açıqlamasını Ordunun əlavə qüvvələrə ehtiyac duymamasının göstəricisi kimi qiymətləndiriblər. “Görünən odur ki, Rusiya ordusu Ukraynadakı vəzifələrin öhdəsindən uğurla gələ bilir. Hər halda son günlər yayılan məlumatlardan o qənaət hasil olur ki, silahlı qüvvələrimiz bütün göstəricilərə görə Ukrayna ordusunu üstələyir. O da xüsusi qeyd olunmalıdır ki, Rusiya Ordusu təkcə Ukrayna qüvvələri ilə deyil, kollektiv Qərblə döyüşür. 


Biz Qərbin ən son silahlarını döyüş meydanlarında məhv edirik və bunu bütün dünya görür. Təsadüfi deyil ki, Qərb, xüsusən Amerika Birləşmiş Ştatları Rusiya Ordusuna güc gəlməyin mümkünsüzlüyü görür və Ukraynaya yardımın fayda verməyəcəyini dərk edərək geri çəkilməyə meyillənir. Putinin səfərbərliyin olmayacağı ilə bağlı dedikləri heç şübhəsiz ki, Rusiya Ordusunun hazırkı potensialına əminlikdən irəli gəlir” deyə, ekspertlər qeyd edirlər.


Elcan
Missiya.Az



  • 14-12-2023, 13:52