AZ   |   RU
Xocavənddə və Kəlbəcərdə turizm rekreasiya zonaları yaradılacaq


"Xocavənddə 3, Kəlbəcərdə 5 ərazidə turizm rekreasiya zonası yaradılacaq".


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin müdiri Elgün Cavadov "İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı" I elmi-praktiki konfransda deyib.


O əlavə edib ki, Kəlbəcərdə yaradılacaq turizm zonası 3 min hektardan çox ərazini əhatə edəcək:


"Bu ərazilərdə turizm zonaları xarici mütəxəssislərin iştirakı ilə müəyyənləşdirilib. Layihə-smeta sənədləri hazırlandıqdan sonra işlərə başlanılacaq".



  • 14-12-2023, 12:47