AZ   |   RU
Sabah "Səttarın Azərbaycanı" sənədli filmin təqdimatı keçiriləcək

 

Sabah "Səttarın Azərbaycanı" sənədli filmin təqdimat mərasimi keçiriləcək. 


Missiya.Az xəbər verir ki, tədbir saat 19:00-da keçmiş Şəhriyar adına Mədəniyyət Mərkəzində baş tutacaq.


Filmin ssenari müəllifləri “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, ssenarist, rejissor Rafiq Həşimov və Azərbaycan Yazıçılar Birliyinin üzvü,beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair Səlim Babullaoğludur.


Qeyd edək ki, film görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunub.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 14-12-2023, 12:13