AZ   |   RU
Zelenskinin ABŞ səfəri fiaskoya uğradı - Ağ Ev Kiyevə yardımı dayandırır

 
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresindən Kiyev üçün əlavə 61 milyard dollar yardım istəyib, lakin ABŞ-ın gələn il müttəfiqini dəstəkləməyə davam edəcəyinə dair dəqiq öhdəliyi olmadan Vaşinqtonu tərk edib.

Missiya.Az 
xəbər verir ki, bu barədə Bloomberg  məlumat paylaşıb.

Nəşrin məlumatına görə, bu dəfə Vaşinqtonda Zelenski Amerika isteblişmenti ilə görüşlərdə daha soyuq qəbulla üzləşib. ABŞ prezidenti Co Baydenin ən yaxın müttəfiqlərindən biri olan demokrat senator Chris Coons, "Ukrayna prezidenti yardım və dəstək üçün geri qayıtmamalıdır" deyib.

Qeyd olunur ki, Ukrayna liderinin səfərinin uğursuzluğuna həm də Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərəkətlərinə siyasi dəstəyin zəifləməsi də sübutdur, çünki Qərb silahları ilə dəstəklənən əks-hücum uğursuzluqla nəticələnib.

"Ukrayna bizdən  lazımi nəzarət, qalib gəlmək üçün aydın strategiya ovə Amerika xalqının suallarına cavab olmadan əlavə milyardlar istəyir” deyə, Respublikaçılar Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib.

Elcan
Missiya.Az



  • 13-12-2023, 10:42