"Gələn il fevralın 7-də keçiriləcək növbənkənar prezident seçkisi sıradan bir siyasi hadisə deyil. Bu seçki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək"
Bu fikirləri Türk Ağsaqqalları Birliyi - TAİB-in sədri,tibb elmləri doktoru,akademik Sudeyif İmamverdiyev bu gün təşkilatın ofisində növbədənkənar prezident seçkisi ilə bağlı təşkil olunmuş müzakirələrdə dilə gətirib.
TAİB sədri qeyd edib ki, Azərbaycan xalqı qarşıdakı seçkiyə Zəfər seçkisi kimi gedəcək və münasibətini də əldə olunmuş tarixi qələbəyə uyğun formada bildirəcək".
S.İmamverdiyev TAİB üzvlərini fəallığı artırmağa, 7 fevral seçkisinin siyasi və praktik əhəmiyyətini nəzərə alaraq diqqəti məhz bu prosesə yönəltməyə, ictimai birlik olaraq cəmiyyətin ayrı- ayrı qrupları ilə təmasları artırmağa çağırıb.
"Ağsaqqallarımız gənclərlə işi dövrün tələblərinə uyğun olaraq yeni mərhələyə çıxarmalı, öz dəyərli fikirlərini cəmiyyətdən əsirgəməməlidirlər. Biz Türk Ağsaqqalları İctimai Birliyi olaraq, növbədənkənar prezident seçkisi ilə bağlı sərəncamı yüksək qiymətləndiririk. Hesab edirik ki, 7 fevral seçkisi şanlı qələbəmizdən sonra yaranmış şəraitə tam uyğundur və bu seçki ölkəmizin yeni inkişaf perspektivlərinin müəyyənləşməsində böyük rol oynayacaq" deyə,- TAİB sədri vurğulayıb.