AZ   |   RU
Laçına yeni yol çəkilir
 
“İşğaldan azad olunmuş Laçın rayonuna, şəhərə daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə başlanılıb”.

Missiya.Az
xəbər verir ki, bunun keçirdiyi mətbuat konfrasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və
Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov bildirib.

Onun sözlərinə görə, alternativ yeni yol iki hərəkət zolaqlıdır.

“Hazırda Laçın şəhərinə gedən yol sülhməramlıların nəzarətindədir. Bu məqsədlə biz rahat hərəkətin təmin edilməsi üçün şəhərdən yan keçən dairəvi yolun tikintisinə başlamışıq. Gələcəkdə bu istiqamətdə yeni layihələrin icrası gözlənilir”, - deyə o, qeyd edib.


  • 6-08-2021, 12:26