AZ   |   RU
Bu gün Dünya Qadın Hüquqları Günüdür

 

Bu gün Dünya Qadın Hüquqları Günüdür. 


Missiya.Az xəbər verir ki, qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə baş verən feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar qanunlara, yerli adət və ənənələrə görə özəlləşdirilsə də, digər bir qrup ölkələrdə isə ümumiyyətlə sayılmır. 


Türkiyədə 1934-cü il dekabrın 5-də Mustafa Kamal Atatürk tərəfindən qadınlara seçmə və seçilmə haqqı verilib. O tarixdən bəri bu özəl gün Türkiyə və dünyada Dünya Qadın Hüquqları Günü kimi qeyd edilir.


Azərbaycanda qadın hüquqlarının qorunmasına, azadlığına xüsusi önəm verilir. İlk dəfə 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilib. Bununla Azərbaycan şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olub. 


Dünya Qadın Haqları Gününün təməli Olimpiya de Qujun (Olympe de Gouges) yazdığı "Qadın və Qadın Vətəndaş Haqları Bəyannaməsi” ilə qoyulub.


 1946–1948-ci illərdə hazırlanan və 1948-ci ildə qəbul edilən "Ümumdünya İnsan Hüquqları Bəyənnaməsi" qadın hüquqlarının müdafiəsi tarixində dönüş nöqtələrindən biri hesab edilir.


 Bəyənnamənin ilk maddəsi belədir: "Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar." 


Qadın hüquqlarının müdafiəsinə yönəldilmiş beynəlxalq sənədlər içərisində "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsı haqqında" BMT Konvensiyası xüsusi əhəmiyyətə malikdir.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 5-12-2023, 11:54