Çərşənbə 14 May 2025 / 22:27:16
                    AZ   |   RU
Xəyanətə görə ailəmi dağıtmaram - Xuraman Əlizadə


"Həyatdır... Həyatda da ər-arvad arasında xəyanət ola bilər. Sözümdən kim inciyir incisin. Hələ gözümlə onun xəyanətini görməmişəm. Amma kişilərin çoxu xəyanət edir. Etsin  də... Nə həyat yoldaşımın telefonuna əl vururam, nə görüntülü zəng edərəm".

Missiya.Az xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Günaydın, Azərbaycan" proqramında deyib.

O, həyat yoldaşının xəyanətini bağışlayacağını söyləyib.

"İndi deyəcəklər kilolusan, acizsən ona görə elə deyirsən. Ən gözəl qadının belə həyat yoldaşı ona xəyanət edir. Buna görə ailəmi dağıtmaram. Kişi kişidir, qadın qadındır", - deyə Xuraman Əlizadə əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 4-12-2023, 16:50