AZ   |   RU
Tramp Qətərlə 1 trilyon dollardan çox dəyəri olan saziş imzalayıb

ABŞ Prezidenti Donald Tramp Qətərlə 1 trilyon dollardan çox məbləğdə iqtisadi əməkdaşlıq sazişi imzalayıb.


Missiya.Az APA-ya istinadla xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.


Saziş çərçivəsində ümumi dəyəri ən azı 1,2 trilyon dollar olan iqtisadi mübadilənin həyata keçirilməsi nəzərdə tutulur.


Məlumata görə, Qətər ABŞ-dan 210-a qədər təyyarə və kəşfiyyat-zərbə təyinatlı pilotsuz uçuş aparatları almaqda maraqlıdır.



  • Dünən, 22:12