AZ   |   RU
“Azərbaycan və Ermənistan münaqişəni həll etmək ərəfəsindədir” - Trampın xüsusi nümayəndəsi

“ABŞ gələcəkdə Ermənistan və Azərbaycanın İbrahim Sazişlərinə (ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına dair sazişlər) qoşulmasını təklif edəcək”.


Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkov “Breitbart News”a müsahibəsində məlumat verib.


"Mən təxmin edirəm ki, yaxın gələcəkdə Livan və Suriyada münasibətləri normallaşdırmaq imkanı olacaq. Bu ölkələr tezliklə İbrahim sazişinə qoşula bilər. Azərbaycan və Ermənistan da bu sazişlərə qoşula bilər", - deyə siyasətçi vurğulayıb.


Vitkov bildirib ki, Azərbaycan və Ermənistan münaqişəni həll etmək ərəfəsindədir.


Xatırladaq ki, 2020-2021-ci illərdə imzalanmış İbrahim Sazişləri İsrail və ərəb ölkələri arasında münasibətlərin normallaşmasına kömək edən bir sıra müqavilələrdir. 



Daşqın Həsənov
Missiya.Az



  • 14-05-2025, 14:58