AZ   |   RU
Abşeronda “Heydər Əliyev İli” çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib - FOTOLAR


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində ağacəkmə aksiyası keçirilib.



Missiya.Az xəbər verir ki, Ulu Öndərin unudulmaz xatirəsinə həsr edilmiş rayonun həyata keçirdiyi silsilə tədbirlər çərçivəsində baş tutan aksiyada Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüququ-mühafizə orqanlarının, regional idarə və təşkilatların rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının, Abşeron RİH yanında İctimai Şuranın, Abşeron Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları və təhsil kollektivləri iştirak ediblər. 


Bu il noyabr ayının əvvəlindən başlayan ağacəkmə kompaniyasına gənclər və Abşeron RİH könüllüləri də fəal şəkildə qatılıblar. Bir ay davam edən aksiyada 8 hektar ərazidə ölkəmizin iqlim şəraitinə uyğun 10 minə yaxın eldar şamı və zeytun kimi həmişəyaşıl ağaclar əkilib. Əkilən hər bir ağacın küləkdən qorunması üçün bərkidilmə işləri görülüb, normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə olunub, yeni salınmış yaşıllıq zonasının daimi suvarılmasını təmin etmək məqsədilə suvarma şəbəkəsi qurulub.


Qeyd edək ki, Ümummilli Liderin 100 illiyi ilə bağlı cari ilin yanvar ayından etibarən rayonun bütün kənd və qəsəbələrində mövsüm zamanı ağacəkmə aksiyaları keçirilib, yeni yaşıllıq sahələri salınıb və mövcud yaşıllıqlara daimi qulluq göstərilib.


Missiya.Az 





  • 25-11-2023, 16:38