AZ   |   RU
Azərbaycanlı yanğınsöndürənlər Türkiyədə fəaliyyətlərini davam etdirirlər - VİDEO

Türkiyənin Marmaris rayonunda davam edən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verməmək məqsədilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları türkiyəli yanğınsöndürənlərlə birlikdə fəaliyyətlərini uğurla davam etdirməkdədirlər.

Missiya.Az
xəbər verir ki, yanğınsöndürənlərimizin səyi nəticəsində artıq bölgədə bir neçə yanğın ocağı söndürülüb. Yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Parisdə bıçaqlı şəxs turisti bıçaqlayıb
Çavuşoğlu: “Türkiyə ilə yanaşı bir çox ölkələr miqrant məsələsində əziyyət çəkir”
ÜST: Dünyada COVID-19-a yoluxma artır
Qeyd edək ki, Prezident İlham Əliyevin göstərişi ilə Türkiyədə baş verən güclü yanğınlarların qarşısının alınması və geniş əraziyə yayılmasının qarşısının alınması məqsədi ilə iyulun 30-da Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup Türkiyə Respublikasına gedib.

Nazirliyin yardım məqsədi ilə göndərdiyi yanğın-xilasetmə qüvvələrinin ikinci qrupu isə bir neçə saatdan sonra yanğın davam edən ərazilərə çatacaq.

  • 2-08-2021, 17:40