AZ   |   RU
Azərbaycan və İraq arasındakı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi gələcək üçün

Azərbaycan Respublikası beynəlxalq əlaqələr müstəvisində regionun və dünyanın aparıcı dövlətləri ilə münasibətlərə xüsusi önəm verir. Bu əlaqələr daha çox qarşılıqlı maraqlara və tarixən var olan dostluq , qardaşlıq münasibətlərinə əsaslanır. Həmin ölkələr nəzdində qardaş ölkə Türkiyəni, Gürcüstanı, Qırğızıstan, İraq və bu kimi bir çox güclü dövlətlərin adlarını çəkmək mümkündür.


 Ölkəmiz son zamanlar həyata keçirdiyi tədbirlərlə, qazandığı uğurlarla və qələbələrlə dünyada adından çoxca bəhs etdirir. Nəzərə alsaq ki, hazırda bir dövlət olaraq, bütün dünyanın diqqət mərkəzindəyik, bu  beynəlxalq əlaqələrə də öz müsbət təsirini göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik xarici siyasət strategiyasında qonşu və qeyri-qonşu dövlətlərlə müxtəlif sahələrdə əməkdaşlıq etmək, müxtəlif layihələr çərçivəsində birlikdə çalışmaq, həmçinin, qarşılıqlı səfərlərin həyata keçirilməsi bu əlaqələrin inkişafı üçün mühüm zəmin yaradır. 


Azərbaycan ilə tarixi köklərə malik dostluq münasibətlərinə malik dövlətlərdən biri də İraq Respublikasıdır. İki dövlət arasındakı çoxəsrlik münasibətlərin daha çox inkişaf etdirilməsi üçün hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri həyata keçirilir. Həmçinin, 20 noyabr 2023-cü il tarixində İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı. 


Hər iki ölkənin dövlət başçıları birlikdə müxtəlif sahələrdə əməkdaşlıq çərçivəsində sənədlər, anlaşma memorandumları imzaladı. Həmçinin onlar mətbuata bəyanatlarla çıxış etmiş və çıxış zamanı iki dövlət arasındakı münasibətlərdən və həyata keçirilməsi nəzərdə tutulan layihələrdən bəhs etmişdir. Bunlarla yanaşı, dövlətimizin başçısı son illər ərzində Azərbaycanın qazandığı uğurlardan, ərazi bütövlüyünü tam bərpa etməsi ilə bağlı hadisələrdən söz açmışdır.


Azərbaycan Respublikası və İraq Respublikası arasındakı münasibətlərin inkişafı hər iki ölkənin gələcək həyatında mühüm rol oynayır. Bu əlaqələrin daim yenilənməsi və gücləndirilməsi nəzdində həyata keçirilən tədbirlər iki dost dövlət üçün böyük önəm kəsb edir.


Zərxanım Abbasova - Gənc jurnalist



  • 22-11-2023, 12:32