AZ   |   RU
Türkiyə millisinin futbolçularını daşıyan təyyarə Münxenə təcili eniş edib

Türkiyə milli komandasının futbolçularını daşıyan təyyarə Almaniyanın Münxen hava limanına təcili eniş edib.


Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasi məlumat yayıb.


Bildirilib ki, milli komandanı Kardiffdən İstanbula aparan təyyarə, sərnişinlər arasında olan Türkiyə yığmasının baş məşqçisi Vinçenzo Montellanın böyük qardaşı Emanuele Montellanın xəstələnməsindən sonra təcili olaraq Münxen hava limanına eniş edib.


Qeyd edək ki, ötən axşam Türkiyə milli komandası 2024-cu ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının sonuncu matçında səfərdə Uels yığması ilə 1:1 hesablı heç-heçə edərək D qrupunu lider kimi başa vurub. 

 


Daşqın Həsənov
Missiya.Az



  • 22-11-2023, 11:26