AZ   |   RU
Qırğızıstanın axtarışda olan keçmiş prezidenti Əsgər Akayev Bişkekə gəlib
 
Qırğızıstanın keçmiş Prezidenti, axtarışda olan Əsgər Akayev paytaxt Bişkekə gəlib.

Missiya.Az
APA-ya saytına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Təyyarədə sabiq prezidentin oğlu İlim Akayevin də olduğu bildirilir.

İlkin məlumata görə, Əsgər Akayev "Kumtor" cinayət işi çərçivəsində Dövlət Milli Təhlükəsizlik Komitəsində dindiriləcək.

Xatırladaq ki, Qırğızıstanın eks-prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev “Kumtor” qızıl yatağının işlənməsində yol verilmiş qanunsuzluqlarla bağlı başlanmış cinayət işi üzrə təqsirli bilinərək axtarışa verilib.

Kanadanın “Centerra Gold Inc.” şirkəti 700 tona yaxın ehtiyatı olan “Kumtor” qızıl yatağını 30 ilə yaxındır işlədir.

Qırğızıstan ekoloji normaların pozulması və mədənin işlənməsi zamanı vergilərdən yayınmaya görə şirkətə qarşı 4,2 milyard dollarlıq maliyyə iddiası irəli sürüb.



  • 2-08-2021, 14:17