Qərbin Ukraynanı Rusiyaya qurban verdiyini təsdiqləyən növbəti mötəbər yazı bu dəfə “Foreign Affairs” nəşrində dərc olunub.
Yazının müəllifləri – Richard Haass və Çarlz Kupçandır. Birinci Xarici Əlaqələr Şurasının fəxri prezidentidir, ikinci Xarici Əlaqələr Şurasının baş elmi işçisi və Georgetown Universitetinin professorudur, Obama administrasiyası dövründə Milli Təhlükəsizlik Şurasında Avropa işləri üzrə baş direktor vəzifəsində çalışıb.
Mənbə kifayət qədər mötəbərdir. Yazının dərc olunduğu sayt ABŞ-ın ciddi media resurslarından biridir, Ağ Evin əhval ruhiyyəsini əks etdirən yazılara daha çox üstünlük verir.
Yazıda Ukraynanın satılması istiqamətində hazırlıq getdiyi aydın ifadə olunub. ttps://www.foreignaffairs.com/ukraine/redefining-success-ukraine
Məğz belədir:
- Rusiyanı məğlub etmək mümkünsüzdür
- Barışıq masasına oturmaq və aktiv hərbi əməliyyatları dondurmaq
- Ukrayna silahlarını boşuna xərcləyir
- Ukrayna üçün Qərbin verdiyi silahlar uzunmüddətli təhlükəsizliyə qoyulan sərmayə olsun
- Atəşkəsin dəqiq şərtləri - vaxt, təmas xəttinin dəqiq yeri, silah və qüvvələrin çıxarılması prosedurları, monitorinq və icra müddəaları - geniş beynəlxalq nəzarət altında, çox güman ki, BMT-nin himayəsi altında işlənməlidir
- ATƏT-də prosesdə iştirak etsin
- ABŞ və NATO-nun bəzi üzvləri (Ukraynanın dostları koalisiyası) təkcə uzunmüddətli iqtisadi və hərbi yardım göstərmək deyil, həm də Ukraynanın müstəqilliyini təmin etmək öhdəliyi götürməlidirlər
- Avropa İttifaqı Ukraynanın Aİ-yə daxil olması üçün vaxt cədvəlini sürətləndirməlidir
- Rusiyaya qarşı sanksiyaların əksəriyyəti Rusiya qoşunları Ukraynanı tərk edənə qədər qüvvədə qalacaq və onlar Ukraynaya danışıqlar masası arxasında ərazi bütövlüyünü bərpa etməyə kömək edəcəklər.
- ABŞ seçkilərinə hələ bir il var və bu, Ukraynanı uduzacaq bir nəticəyə gətirib çıxara bilər. Nə Vaşinqton, nə də Kiyev belə riskə getməməlidir. ABŞ siyasi-hərbi reallıqları əks etdirən yeni strategiyaya keçid üçün indi Ukrayna ilə işləməlidir. Əks təqdirdə Ukraynanın gələcəyini düşünmədən riskə atmaq olardı.
Açıq görünür, Qərb Ukraynanı nəinki qalib edə bilmədi, hətta qorumağı bacarmadı. Ukrayna misli görünməmiş dağıntılar yaşadı. Bir ölkənin bütün şəhərləri müharibə nəticəsində dağıdılıb, xalqı dünyaya səpələnib. Ümüd və şou burulğanına düşən Ukrayna dövləti məğlubolunmuş duruma düşüb. Bu gerçək sözügedən yazıda təsdiqlənir və yeganı çıxış yolu açıq qeyd olunur: Çıxış yolu vəziyyəti beləcə saxlamaqdır.
Bunca rəzlətdən sonramı, cənab Qərb?
Jurnalist Ekspert Mərkəzi