AZ   |   RU
Pentaqon İsrailə hərbi yardımı gizli şəkildə artırdı - “Bloomberg”

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrailə hərbi yardımın həcmini gizli şəkildə artırıb. Sursat və raketlər demək olar ki, hər gün İsrailə ötürülür.


Missiya.Az “Bloomberg”ə istinadən xəbər verir ki, Pentaqon “Apache” hücum helikopterləri, həmçinin 155 mm-lik mərmilər, gecə görmə gözlükləri, bunkerləri məhv edən sursatlar və yeni ordu maşınları üçün daha çox lazerlə idarə olunan raketlər daxil olmaqla, İsrail ordusunun tələblərini yerinə yetirir.


Bildirilir ki, oktyabrın sonunadək İsrailə 30 mm-lik toplar üçün 36 000 patronun hamısı, 1800 M141 bunkerləri məhv edən sursat və ən azı 3500 gecə görmə cihazı çatdırılıb.


"Bu təhlükəsizlik yardımı demək olar ki, hər gün gəlməyə davam edir", - deyə məlumatda vurğulanıb.



Daşqın Həsənov
Missiya.Az



  • 15-11-2023, 12:03