AZ   |   RU
"Məni Bülənt Ərsoya oxşadırlar"


"Məni bir az şişkinliyim olduğu üçün Türkiyəli müğənni Bülənt Ərsoya bənzədirlər. Onun sənəti böyükdür".

Missiya.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib.

İfaçı sosial şəbəkələrdə tanınmış şəxslərin müzakirə edilərək təhqir olunmasına etiraz edib.

"Azərbaycanın gözəl insanları! Bəsdirin sənətkarları ortaya qoydunuz, qəlbinə dəydiniz. Onlar toylarınızda sizə şənlik, gözəllik, müsbət enerji verirlər. Sosial şəbəkələrdə baxıram ki, həkimindən tutumuş hamını yıxıb sürüyürlər. Mənim nə ixtiyarım var ki, Elgizin xətrinə dəyim? Hər kəsin şəxsi həyatı var, özü bilər. İnsan nəslini analiz etsə, öz nöqsanları hamıdan çox çıxar. Birinci özünüzü düşünüb, sonra lağ edin", -Əməkdar artist əlavə edib.


Zərintac Mayisqızı
Missiya.Az





  • 15-11-2023, 11:35