"Qardaş Türkiyədə meşə yanğınlarının baş verməsi və insan itkisinin olması bizi dərindən sarsıtdı. Artıq yanğınların qəsdən törədildiyi ilə bağlı məlumatlar var. Türkiyəyə uzanan qara əllər kəsilməlidir. Azərbaycan hər zaman olduğu kimi bu gün də Türkiyənin yanındadır, müvafiq dəstəyi göstərməyə hazırdır. Artıq Prezident İlham Əliyevin tapşığı ilə ən qısa zamanda Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar Türkiyəyə göndərilir”.
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov Türkiyədə baş verən yanğınlarla bağlı danışarkən deyib.

Azərbaycanla Türkiyə arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan müttəfiqlik bəyannaməsinin müddəalarına toxunan Ramin Əhmədov bildirib ki, rəsmi Bakı bu sənəddən irəli gələn bütün öhtəliklərini yerinə yetirməyə hazır olduğunu sözdə deyil, əməldə sübut edir.
“Vətən Müharibəsi Türkiyə-Azərbaycan qardaşlığını bir daha dünyaya sübut etdi. Azərbaycanla Türkiyə müharibədən sonra da dünyaya birlik mesajları verdi. Şuşa bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və birliyinin möhürü oldu. Bəyannamədə hər iki dövlətin bir-birinə qarşılıqlı hərbi və digər yardımları nəzərdə tutulub. Bu mühüm sənəd hər iki ölkənin üzərinə vacib öhtəliklər qoyur. Azərbaycan hökuməti, ayrı-ayrı qurumlar və cəmiyyətimiz Şuşa bəyannəməsindən irəli gələn bütün öhtəlikləri yerinə yetirməyə həmişə hazır olduğunu bəyan edir. Prezident İlham Əliyevin tapşırığı ilə FHN əməkdaşlarının Türkiyəyə göndərilməsi Şuşa bəyannaməsində nəzərdə tutulan öhtəliklərimizi yerinə yetirməyimiz baxımından mühüm addımdır”.
Ramin Əhmədov bildirib ki, Türkiyə və Azərbaycan tarixən ən ağır sınaqlardan alnıaçıq çıxmağı bacarıb.“Əminəm ki, qardaş ölkə bu sınaqdan da alnıaçıq çıxacaq. Türkiyəni zəiflətmək üçün çirkin planlar quranlar qətiyyən niyyətlərinə çata bilməyəcəklər. Türkiyəyə belə bir gündə dəstək göstərmək Azərbaycanın mənəvi borcudur. Qardaş ölkə də Azərbaycanın dar günündə tərəddüt etmədən onun yardımına çatıb, lazım olan dəstəyi göstərib”.
Missiya.Az