"Bu yaxınlarda Heydər Əliyev fondu tərəfindən Musiqi Forumu keçirildi. Orada çox gözəl təkliflər irəli sürüldü. Buna çox sevindim. Mən də istəyərdim bir neçə təklifimi deyim.Ən vacibi odur ki, taksi sürücüləri maşında və ya salon işçiləri salonda telefonda musiqi açıblar, heç dinləmirlər də. Musiqilər də çirkli, "Youtube"dan gələn pis ifalar. Xanımlar gəlib dırnaqlarını düzəldirlər, amma beyinləri kütləşir".
Missiya.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Gün işığında" verilişində qonaq olan zaman deyib.
O, musiqi ilə bağlı bir neçə tövsiyə verib.
"Musiqini idarə edən yəqin ki, qurumlar olacaq, gəlib baxsınlar, Sovet dövründə hava radiosu var idi, səhər tezdən, 5-6-da "Cəngi" verilirdi, ayılırdıq. Polislər hətta ora da nəzarət etsinlər. Bu, çox gözəl də mümkündür.Necə ki, radarlar var, biz keçəndə cəriməni ödəyirik, bax elə. Mənə tez-tez maşınıma 2000-5000 cərimələr gəlir, musiqi də elə olmalıdır. Bu, dayanacaq musiqiləri idi, qoy indi də olsun. Pis mahnı yoxdur. İndiki musiqilərdə ləhcələr var. Bütün aparıcıların danışığı qoca arvadların danışığına oxşayır. Buna səbəb panel dişlərdir. Elə olanda dil təmiz gedib damağa dəymir", - deyə Əməkdar artist qeyd edib.
Elza Seyidcahan əlavə edib ki, insanlar yazıqdır, "manqurtlaşıblar": "Hava radiosu olsaydı, "Youtube" nə edirdilər? Varsa, ona qulaq asmayanı cərimə etsinlər. Müəssisələr var ki, musiqi ocağıdır, gedirsən oradan mahnı səsi gəlmir. Hətta Fəxri Xiyabanda belə musiqi olmalıdır. Dahi bəstəkarlar orada yatır, qoyun ruhları dincəlsin. Tofiq Quliyevin, Arif Məlikovun, Qara Qarayevin, Asəf Zeynallının əsərləri səslənsin. Quşların səsinin fonunda simfonik musiqi olsun".
Zərintac Mayisqızı
Missiya.Az