AZ   |   RU
"Xankəndidəki hərbi parad dövlət mövqeyinin təcəssümü idi" - Ramin Əhmədov

 Vətən müharibəsində əldə etdiyimiz qələbənin 3-cü ildönümü münasibətilə Xankəndidə keçirilən hərbi paradı böyük qürur hissi ilə izlədik".

Missiya.Az
xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyi - TAİB-in təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov Facebook səhifəsindəki paylaşımında qeyd edib.

Onun fikrincə, Cənab Prezidentin Paraddakı konseptual əsaslara söykənən, dərin və əhatəli  çıxışı mötəbər tədbirə əlavə rəng qatıb:

"Dövlət başçısı bu dəfə də Qələbənin əldə olunmasında   əsgər və zabitlərimizin rolunu yüksək qiymətləndirərək hərbi qulluqçularımızın döyüş meydanında göstərdiyi qəhrəmanlığa diqqət yönəltdi."

"Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik".


Paradda hərbi texnikanın nümayiş etdirilməməsi də elə şübhəsiz ki Dövlətin öz əsgərinin roluna daha çox önəm verməsi mövqeyindən irəli gəlib. Bununla da bütün dünyaya bir daha bəyan olundu ki, biz nə qədər güclü və müasir hərbi texnikaya  malik olsaq da Qələbəni əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində əldə etmişik və bizim gücümüz də elə hərbçilərimizin cəsarət və mərdliyindədir.

Ramin Əhmədov sonda vurğulayıb ki, dünənki hərbi paradın fəlsəfəsini də elə yuxarıdakı fikirlər təşkil edib.

"Başqa sözlə desək, Xankəndidəki parad Dövlət mövqeyinin təcəssümü oldu".

Elcan
Missiya.Az

 



  • 9-11-2023, 11:00