AZ   |   RU
"Qarabağ zəfərinin kökündə Prezidentə sədaqət və azərbaycançılıq ideologiyasına xidmət dayanır" - Ramin Əhmədov

“Hər bir müstəqil dövlətin milli idelogiyası və gələcək hədəflərinin olması vacibdir. Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı dünyada öz ənənələri, tarixi dəyərləri, milli xüsusiyyətləri olan xalqlar sırasındadır. Xalqımızın milli ideologiyası və gələcək hədəfləri mövcuddur. Azərbaycanda bütün xalqlar azərbaycançılıq ideologiyası ətrafında birləşib və gələcək hədəflərinə doğru tam əmin addımlarla irəliləyir. Xalqımız 70 il sovet əsarətində yaşamasına baxmayaraq öz milli dəyərlərini unutmadı, bütün təzyiqlərə və represiyalara sinə gərərək müstəqilliyi üçün çalışdı, ziyalı yetişdirdi və sonda azadlıq hədəflərinə çatdı. Ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımız azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşdi və artıq müstəqillik hədəfləri üçün deyil, müstəqilliyimizin möhkəmləndirilməsinə, Qarabağın azadlığına nail olmaq üçün sistemli iş apardı. Geriyə baxdıqda görürük ki, xalqımızın azərbaycançılıq ideologiyası ətrafında birləşməsi həm müstəqilliyimizin möhkəmlənməsinə, həm də Qarabağın azadlığına misilsiz töhvələr verib”.

Missiya.Az
xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri Ramin Əhmədov azərbaycançılıq ideyasının təbliği və xalqımızın bu ideologiya ətrafında birləşməsi barədə danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra azərbaycançılıq ideologiyasının təbliğində yeni mərhələ başlayıb:
“Ulu Öndərin ən böyük siyasi uğurlarından biri Azərbaycan sərhədləri daxilində yaşayan müxtəlif xalqların birliyinə, tollerantlıq mühitinin yaranmasına nail ola bilməsidir. Prezident İlham Əliyev də Ulu Öndərin siyasi kursunu davam etdirdi, azərbaycançılıq ideologiyasının təbliğinə xüsusi diqqət göstərdi. Nəticə göz qabağındadır. Bu sistemli təbiğatın nəticəsidir ki, sərhədlərimiz daxilində yaşayan bütün xalqlar azərbaycançılıq ideologiyası ətrafında birləşiblər. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqa bütün dini, milli azadlıqlar verilib.  Bəs dünyada nə baş verir? Əgər yaxın keçmişə nəzər salsaq görərik ki, milli ideoloji sistemin zəif olması səbəbindən Yaxın Şərqdə hansı hadisələr baş verdi. Xarici qüvvələr Suriya, İraq, Liviya kimi ölkələrdə asanlıqla etnik qarşıdurmalar yaratdılar, xalqları bir-birinə vurdular. Bu qarşıdurmalara əsas səbəb eyni sərhədlər daxililində yaşayan xalqlara milli ideologiyanın təbliğ edilməməsi, vahid bir hədəf uğrunda çalışılmamasıdır. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə yalnız azərbaycançılıq ideologiyasını özü üçün başlıca meyar götürdü. Nəticədə həm müstəqilliyimiz möhkəmləndi, həm də ölkəmizdə heç bir xalq özünü ikinci dərəcəli hesab etmədi, hər bir xalqa qarşı eyni münasibət göstərildi”.  

Media Qrup rəhbərinin sözlərinə görə, Qarabağ zərəfində azərbaycançılıq ideologiyasının təbliğinin xüsusi payı var: “Müstəqilliyimizin bütün dövrlərində azərbaycanlıq ideologiyası həm sərhədlərimiz daxilində, həm də müxtəlif xarici ölkələrdə sistemli şəkildə təbliğ olunub. 44 günlük Vətən Müharibəsi bir daha sübut etdi ki, azərbaycançılıq ideologiyası ilə bağlı düzgün təbliğat aparılıb. Müharibə zamanı Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşdi, azərbaycançılıq, Qarabağ üçün birgə mübarizə apardı. Zəfərimizin kökündə də elə milli birliyimiz, vətənpərvərliyimiz, azərbaycançılıq ideologiyasına xidmətimiz və Prezidentə sədaqətimiz dayanır”. 

Ramin Əhmədov hesab edir ki, Vətən Müharibəsindən sonra regionumuzda yaranan reallıqlar fonunda azərbaycançılıq ideologiyasının təbliğinə daha çox önəm verilməlidir: “Azərbaycan xalqı Vətən Müharibəsində öz mərdiliyini, birliyini, dönməzliyini dünyaya sübut etdi. Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi altında regionda yeni reallıqlar yaratmağı bacardı. İndi universitetlərdə və məktəblərdə gələcək nəsillərə qalib Azərbaycan xalqının azərbaycançılıq ideologiyası təbliğ olunmalı, xarici ölkələrdə bütün dünya azərbaycanlılarına milli ideologiyamız daha dərindən öyrədilməlidir. Digər tərəfdən, bütün təhsil pillərində, hər bir ailədə azərbaycançılıq aşılanmalı, milli şüura və azərbaycançılıq əqidəsinə sadiqlik təbliğ edilməlidir. Yalnız bu halda birliyimiz daha da möhkəmlənə, gələcək hədəflərimizə çatmaq üçün bir bayraq altında daha sıx birləşə bilərik”.

Elvin Məmmədov
Missiya.Az



Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir” mövzusunda hazırlanmışdır. 


  • 29-07-2021, 19:29