AZ   |   RU
Aran rayonlarında Zəfər Günü ilə bağlı tədbirlər keçirilib


8 Noyabr - Zəfər Günü münasibəti ilə Salyan, Neftçala, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında və Şirvan şəhərində bayram konserti keçirilib.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, bayram konsertindən öncə tədbirlər təşkil olunub.

Salyanda keçirilən Zəfər Günündə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, Vətən müharibəsinin qaziləri, veteranları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Zəfər Günü Hacıqabul şəhəri M.Hüseynzadə küçəsində yerləşən istirahət parkında böyük coşqu ilə qeyd edilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələri, qazilər iştirak ediblər.

Saatlıda keçirilən Zəfər Günü Heydər Əliyev meydanında baş tutub. Tədbirdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Neftçala, İmişli, Sabirabad rayonlarında və Şirvan şəhərində Zəfər Günü təntənə ilə qeyd olunub. Tədbirlərdə icra başçıları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.



  • 8-11-2023, 18:16