AZ   |   RU
Nizami rayonunda Zəfər Günü münasibətilə tədbir keçirilib - FOTOLAR


Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 8 noyabr  Zəfər Günü münasibətilə “Tarixi  Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib.

Missiya.Az
 xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, həmçinin,  gənclər iştirak ediblər.


Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib , daha sonra Ulu Öndər Heydər Əliyevin ölkəmizin ərazi bütövlüyü  və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sözügedən tədbirdə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı videofilm nümayiş olunub.


Nizami Rayon İcra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Milli Məclisin deputatı Rasim Musabəyov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Vətən müharibəsi qazisi , mayor Taleh Eyyubov çıxış ediblər.


Çıxışlarda vurğulanıb ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması Ümumilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasətinin bəhrəsidir. Taleyimizin həll olunduğu ağır zamanlarda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev  Azərbaycanın xilası naminə fədakarlıq nümayiş etdirdi.


O da vurğulanıb ki, Ata vəsiyyətini yerinə yetirdiyinə görə özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, möhtəşəm siyasəti sayəsində bu gün Xankəndidə, Ağdərədə, Xocavənddə, Əskəranda, Şuşada müqəddəs, üçrəngli bayrağımız dalğalanır.


Tədbirin sonunda Azərbaycan  Respublikasının Dövlət Sərhəd Xidmətinin “Sərhədçi” Mədəniyyət Mərkəzinin nümunəvi hərbi orkestri konsert proqramı ilə çıxış edib.


Zərintac Mayisqızı
Missiya.Az


  




  • 7-11-2023, 16:33