AZ   |   RU
Meyxanaçı “Mahir ay brat”ın məhkəməsi olacaq

Meyxanaçı Mahir Qonşuyevin məhkəməsi bu gün saat 16:45-də başlayacaq.


Missiya.Az xəbər verir ki, bu barədə onun instaqram səhifəsində paylaşım edilib.


Qeyd edək ki, onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib. 


O həm də sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifələr açıb və əsasən,bu səhifələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.


Əmir Əhmədov
Missiya.Az



  • 31-10-2023, 14:10