AZ   |   RU
Faiq Ağayevdən həmkarına müraciət


Xalq artisti Faiq Ağayev dostu və həmkarı Aygün Kazımova ilə heç vaxt duet oxumamalarının səbəblərindən danışıb.

Missiya.Az 
xəbər verir ki, müğənni bu mövzu ilə bağlı "Özəl" verilişində söz açıb.

O bildirib ki, xalq artisti Aygün Kazımova ilə illərdir dost olsalar da, birlikdə heç vaxt iş bərabərlikləri olmayıb.

"Bu, iradla razıyam. Boş buraxdığımız mövzudur. Birlikdə oxuyacağımız mahnı olmayıb. Aygün duet baxımından doludur. Mənim isə az duet ortağım olub. Buradan müraciət edirəm: Aygün, bunu düşünməliyik. 16 yaşımızdan dostuq. 35 il keçib və bu illər ərzində münasibətimiz müxtəlif mərhələlərə keçib", - deyə F. Ağayev əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


 


  • 30-10-2023, 17:51