AZ   |   RU
Mina terroru davam edir - Beynəlxalq təşkilatların gözündəki pərdə nə vaxt düşəcək?



Azərbaycan dövləti torpaqlarının işğal altında qaldığı müddət ərzində üzləşdiyi ədalətsizliklərlə yenə qarşılaşır. İşğaldan azad edilmiş torpaqlarımız ermənilər tərəfindən başdan-başa minalanıb. Ermənilər yaxşı bilirdilər ki, gec ya tez azərbaycanlılar öz doğma torpaqlarına geri qayıdacaqlar. Bununla da öz xislətlərinə sadiq qalaraq ,torpaqlarımızda çox sayda mina basdırıblar. Bu gün isə, dünyaya səs salırlar ki,guya mina xəritələrini veriblər. Əgər,doğru verilibsə,niyə hələ də mina qurbanı olanlar var? Onların yalnış xəritə verməkdə bir məqsədləri var: vaxt qazanmaq və insan itkisinin çoxaltmaq.

Azərbayan Ermənistan üzərində qazandığı Zəfərdən dərhal sonra minatəmizləmə işlərinə başlansa da, öz torpağımızda qurbanların sayı durmadan artırır.Bu da əlbəttə ki,ermənilərin növbəti riyakarlığı, dəqiq xəritələrin gizlədilməsi ilə bağlıdır.Azərbaycan 3 ildir ki,bu minalanma prosesindən əziyyət çəkir və azad edilmiş regionlarda minalardan zərər çəkən, həyatını itirən insanların sayı onlarladır.2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb. Bu günahsız insanlardan 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb.

 Təəssüf ki,Ermənistanın əməllərinin qarşılığında bu günə qədər onlara qarşı sanksiya tətbiq olunmayıb, hər hansı tədbir görülməyib. Azərbaycanın başına gətirilən müsibətlərlə bağlı humanitar beynəlxalq təşkilatlar öz mənfi reaksiyalarını belə bildirməyib. Burda bir sual ortaya çıxır ki,”ədalətli qərar verən qurum” sayılan BMT,Avropa İttifaqının niyə səsi çıxmır? Ermənistan dövləti törətdiyi bu təxribata görə niyə qınanılmır? Axı, Ermənistanın Azərbaycana düzgün mina xəritələrinin təhvil verilməsində beynəlxalq humanitar hüququn tələbi olmalıdır. Avropa İttifaqı ikiüzlülük edib Azərbaycanın Qarabağda yaşayan ermənilərə qarşı hərbi əməliyyatlar keçirdiyini iddia edirdi və orada qalan ermənilərə qarşı zorakılığa son qoyulmasına çağırırdı. Özü də bu qurumun deputatları heç bir fakta əsaslanmadan bu çağırışı edir. Bu gün bütün dünyaya məlumdur ki, azərbaycanlılar hələ də mina terrorunun qurbanı olur. Bəs,bu qurumun deputatları şər-böhtan atıb Azərbaycanın əleyhinə söz deyəndə,heç utanmırmı? Heç olmasa,insanlıq xətrinə,günahsız insanların mina qurbanı olmaması üçün səslərini çıxarsınlar. İnsaf da yaxşı şeydir axı..

Mətbuatda dəfələrlə mina hadisəsindən sağlamlıqlarını itirmiş azərbaycanlıların müsahibəsinə rast gəlirik. Onların hamısı hər dəfə deyir ki,dünya ictimaiyyəti ermənilərin cinayətlərinə səssiz qalır.Bu istiqamətdə BMT də obyektiv yanaşma sərgiləmir,əksinə,ölkəmizə təzyiq edir. Bu məsələyə isə beynəlxalq təşkilatların nə vaxta kimi göz yumması bəlli deyil.Ümid edirik ki,daha neçə günahsız bu terrorun qurbanı olmamış,gözlərindəki pərdə düşər.

Nurlana Əhmədova
Missiya.Az



  • 27-10-2023, 17:27