AZ   |   RU
Bu ermənilər Ordumuzun əməliyyatına sevindi


Ermənilərin Qarabağdan köçü zamanı Xankəndidəki məhbuslar azadlığa buraxılıb.


Missiya.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Erməni KİV-ləri məlumat yayıb.

Məhbusların Ermənistandakı cəzaçəkmə müəssisələrinə köçürülməsini təmin etmək üçün maşın tapılmayıb, buna görə də onlar sərbəst buraxılıb. Ermənistan hüquq-mühafizə orqanları onların harada olmasına dair məlumatlarının olmadığını deyiblər.

Onların Azərbaycan Ordusunun antiterror tədbirlərindən sonra həbsdən qurtulduqları qeyd edilir.



  • 18-10-2023, 22:22