Bazar ertəsi 2 İyun 2025 / 12:01:42
                    AZ   |   RU
HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı açıqlanıb - SİYAHI


HƏMAS-ın hücumları nəticəsində İsraildə həlak olan azərbaycanəsilli şəxslərin sayı açıqlanıb.

Bu barədə Missiya.Az Report-a istinadən xəbər verir ki,  Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O bildirib ki, həlak olan azərbaycanəsilli şəxslərin sayı 7 nəfərdir.

Həlak olan 7 nəfərin adlarını təqdim edirik:

Şamil Abbasov (İsrail vətəndaşı)

Emin Axundov (İsrail vətəndaşı)

İlkin Nəzərov (Azərbaycan vətəndaşı)

Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir)

Roman Gandel (İsrail vətəndaşı)

Eden Abdullayev (İsrail vətəndaşı)

Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).



  • 12-10-2023, 15:05