AZ   |   RU
Paşinyan: "Sülhməramlılar Rusiyaya qayıtmalıdırlar"


Ermənistanın baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində İctimai Televiziyaya müsahibəsi barədə anons açıqlaması yayıb.  


Missiya.Az erməni mətbuatına istinadən xəbər verir ki, Nikol Paşinyan Aİ-də Ermənistanla münasibətləri dərinləşdirmək üçün konsensus olduğunu deyib. O, həmçinin qeyd edib ki, Ermənistan “3+3” formatında görüş keçirməyə hazırdır.


Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması və Ermənistanda yerləşdirilməsi ehtimalına gəldikdə, Paşinyan belə deyib:

“Rusiya sülhməramlıları Dağlıq Qarabağı tərk edərlərsə, o zaman onlar Rusiyaya qayıtmalıdırlar”.


Elcan
Missiya.Az


  • 10-10-2023, 20:25