AZ   |   RU
Avropa Parlamentinin üzvləri ermənilər tərəfindən pulla ələ alınıb - Deputat


Avropa Parlamentinin üzvləri ermənilər tərəfindən pulla ələ alınıb. Ona görə də Azərbaycana qarşı sərt mövqe sərgiləyir və Avropa İttifaqına Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı müraciət ünvanlayıb. Avropa Parlamentinin bu çağırışı da fiaskoya uğrayacağını hesab edirəm. Ona görə ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz suverən ərazilərinin bütövlüyünü təmin edib.


Missiya.Az xəbər verir ki bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, Avropa Parlamentinin erməni yönümlü deputatlarının çağırışlarına görə Azərbaycan heç vaxt öz yolundan dönməyəkdir.

“Biz separatizmin kökünü kəsmişik. Avropa İttifaqı da dünyada separatizm ocaqlarının olmasının ələyhinədir. Təəssüf ki, bu məsələ Azərbaycana gələndə mövqelərini dəyişir. Sanksiyalarla bağlı qeyd etmək istəyirəm ki, Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyaların altından hələ də çıxa bilmir. Məhz Rusiyaya sanksiyalar tərbiq etdiyinə görə Avropa İttifaqı özünün mövcudluğunun ən çətin dövrünü yaşayır. Bu sanksiyalar Azərbaycana da tətbiq olunarsa Avropa İttifaqının iqtisadi vəziyyəti daha da pisləşəcək və bu birliyi dağılmaqla üzləşdirəcəkdir”, - deyə deputat bildirib.


O qeyd edib ki, Avropa İttifaqında Ermənistanın havadarı Fransa və onun əlaltısı Almaniya olmasına baxmayaraq, Azərbaycana dost dövlətlər də var.

“Avropa İttifaqında sanksiya qərarını qəbul etmək üçün birliyə daxil bütün ölkələrin razılığı tələb olunur. Bu İttifaqda birləşmiş bizə dost dövlətlər ədalətli mövqeyimizi dəstəkləyir və Azərbaycana qarşı sanksiya qəbul olunmasına səs verməyəcəkdir. Bütün bunları nəzərə alaraq, Avropa İttifaqının Azərbaycana qarşı hər hansı bir sanksiyanın tətbiq edəcəyini düşünmürəm.

Bununla yanaşı, Avropa İttifaqı təəssüf ki, ikili standartlardan geri çəkilmir. Məsələn, 30 ildə bir milyondan çox qaçqını olan Azərbaycana hər hansı yardım etməklə bağlı danışmadığı halda, Ermənistanın təzyiqi altında Qarabağdan öz xoşları ilə getmiş ermənilərə görə 25 milyon avro ayıracağını bildirir. Məsələlərə ədalətlə yanaşanda hamı görür ki, burda əziyyət çəkən Azərbaycandır.

Ermənistan azərbaycanlıları silah gücünə öz doğma yurdlarından qovub və yaşayış məntəqələrini talayaraq dağıdıb. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması olduğu halda, Dünya Birliyi ağzına su alıb səsini çıxartmadı və hətta işğalçı Ermənistana haqq qazandırmağa çalışdı. Bu gün isə onlar Azərbaycanı öz ərazilərində erməni separatizm yuvasını dağıtdığına görə günahlandırmağa çalışırlar. Hesab edirəm ki, Avropa Parlamentinin Azərbaycana qarşı olan şər-böhtanla dolu bütün cəhdləri boş-boşuna özlərini yormaqdan başqa bir şey deyil”, - deyə A.Badamov əlavə edib.



  • 5-10-2023, 19:36