AZ   |   RU
İngiltərə hökumətindən “Qalatasaray”a qarşı hörmətsizlik - Klub bəyanat yaydı


Türkiyənin “Qalatasaray” futbol klubunun rəhbərliyi İngiltərə hökumətini komandaya qarşı hörmətsizlikdə ittiham edib.


Missiya.Az xəbər verir ki, “Qalatasaray” klubu bununla bağlı xüsusi bəyanat yayıb.

“Oyunçuların, texniki heyətin və komandamızın əməkdaşlarının viza almaqda çətinlik çəkməsi ilə başlayan hörmətsiz davranış komandamızın Böyük Britaniyaya daxil olması zamanı da davam etdi və dünən axşam saatlarından etibarən ümumbəşəri insan hüquqları dəyərlərinə zidd rəftara çevrildi. Dünən gecə saatlarında komanda təyyarəmizin havaya qalxması mənasız və detallı baqaj yoxlamaları ilə lüzumsuz olaraq gecikdirildi və əsl işgəncəyə çevrildi. Bu proses zamanı səlahiyyətlilərin davranışı, göstərilən hörmətsizlik ölkəmizə olan münasibətdən xəbər verir. “Qalatasaray” idman klubunun futbolçularına, texniki heyətinə və rəhbərliyinə qarşı heç kim bu cür rəftar edə bilməz. Bütün ictimaiyyətə bildiririk ki, nalayiq hərəkət edənlərə qarşı sona qədər mübarizə aparacağıq. Bütün baş verənlərdən asılı olmayaraq, matçdan əvvəl və sonra klubumuzu mehribanlıqla qarşılayan “Mançester Yunayted” təmsilçilərinə təşəkkür edirik”, - deyə, bəyanatda vurğulanır.

Xatırladaq ki, çərşənbə axşamı Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun matçında “Qalatasaray” İngiltərənin “Mançester Yunayted” klubunu 3:2 hesabı ilə məğlub edib.


Elcan

Missiya.Az



  • 4-10-2023, 22:32