AZ   |   RU
Britaniyanın səhiyyə naziri koronavirusa yoluxub

Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid koronavirusa yoluxub.

Missiya.Az
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

“Bu səhər COVID-19-la bağlı verdiyim testin cavabı müsbət olub. Ancaq pevənd olunduğum üçün xəstəliyin simptomları zəifdir. Siz vaksinasiya olunmayıbsınızsa, zəhmət olmazsa bunu tezləşdirin”, - Sacid Cavid bildirib.

Qeyd edək ki, onun sələfi Mett Henkok da 2020-ci ilin yazında pandemiyanın birinci dalğasında koronavirusa yoluxmuşdu.


  • 17-07-2021, 17:34