27 sentyabr Azərbaycan tarixinin şərəf səhifələrinin önündə dayanır. Biz tarixdə ilk dəfə itirilmiş torpalarımızı geri qaytardıq ki, bu da Azərbaycan tarixinin dönüş nöqtəsi sayılır.
Bu tarix həm də Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələri ilə yadda qaldı və dünya bizi bir millət olaraq daha yaxından tanıdı. Azərbaycan xalqının dünyada nüfuzu yüksəldi, həmin dönəmdə bütün dünya mediası Azərbaycandan yazdı. Dünyanın aparıcı öıkələrinin təkcə media quruluşlarında deyil, eyni zamanda hərb məktəblərində Azərbaycan ordusunun döyül taktikasından nümunələr gətirildi. Ölümcül sıldırımlardan qalxaraq Şuşanı azad edən əsgərlərimizin bu addımı isə dünyanı heyrətə gətirdi. Bəli, Azərbaycan əsgəri təkcə cəsarəti və qəhrəmanlığı ilə deyil, hım də haqlı olduğu üçün, öz vətənin işaldan azad etdiyini bilərək ölümün üzərinə getdi. Nəticədə Vətən Müharibəsində tarixi qələbə qazandıq. Bu tarix heç bir zaman yaddaşlardan silinməyəcək. Bu tarixi eyni zamanda Qarabağı heç bir zaman görməyən gənclərimiz yazdılar. Onlar Qarabağı görməsələr də o torpaqların itirilməsini heç bir zaman qəbul etmir və aparılan təbliğat işləri nəticəsində gerçəkləri çox gözəl bilir və hər zaman qələbə həsrəti ilə yaşayırdılar. Və 2020-ci il sentyabrın 27-də bu gün gəldi. Azərbaycan əsgəri torpaqlarını işğaldan azad edərək, bütövlüyünü bərpa, eyni zamanda birinci Qarabağ savaşında canlarını fəda edən şəhidlərimizin ruhunu şad etdi. Bu qürurverici tariximiz yaddaşlarımızda daim yaşayacaq. Xüsusilə bundan sonrakı nəslin, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin aşılanması üçün 27 sentyabr tarixi çox önəmlidir. Ona görə də bu tariximizlə bağlı təbliğat işləri həmişə və geniş şəkildə aparılmalıdır.
Siyasi şərhçi Elxan Şükürlü bildirib ki, indiyədək dünyanın ən yaxşı nitqləri sırasına daxil edilən və 2500 il yaşı olan məşhur bir çıxış var: “Qədim Yunanıstanda Afinalı Periklin öz döyüşçülərinin dəfni zamanı onların məzarı üstə söylədiyi nitq!
Məzmunca çox möhtəşəm və olduqca təsirli bir çıxışdır, rəhmətlik Hikmət Hacızadənin tərtib etdiyi “Demokratiya: gediləsi uzun bir yol” kitabında tam mətni yer alıb.
Afina şəhər-dövlətinin başçısı Periklin həmin çıxışı bu cümlələrlə bitir: “...Şəhərimizin əzəmətinə görə fərəhlənərkən, unutmayın ki, bu şəhəri şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən insanlar yaradıblar... Bu cür insanları indən belə örnək sayın və bilin ki, xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur və hərbi təhlükələrin gözünə dik baxın!”.
Bu gün – 27 Sentyabr da bizim yenidən doğuluş, yaradılış və həyatımızı büsbütün dəyişən günümüzdür!
Çünki məhz bu tarix uduzmuş, bölünmüş, məyus əhvalda və başıaşağı olan bir milləti yenidən toparlayıb birləşdirdi, dirçəltdi, ayağa qaldırdı, qeyrət və şərəf hissiylə düşmən üzərinə apardı və sonda da böyük bir zəfərə çatdırdı!
İndi və bundan sonra da ölkəmizin uğurlarına, özümüzün və övladlarımızın isti evlərdə rahat, təhlükəsiz həyatına görə sevinib fərəhlənərkən, heç vaxt unutmamalıyıq ki, bu böyük zəfəri bizə yaşadaraq, gözəl gələcəyimizin təməllərini atanlar məhz şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən, onu vicdanla yerinə yetirən, hərbi təhlükələrin gözünə dik baxaraq düşmən üzərinə cəsarətlə yeriyən igidlərimiz, şəhid övladlarımız olublar!
Adlarını millətimizin şərəf və qürur tarixinə qanlarıyla əbədi olaraq yazmış bu örnək övladlarımızı sonsuz minnətdarlıq və şükranlıq hissiylə anır, tükənməz ehtiramımızı bildiririk!
Müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulduğu kimi, “...Onlar həmişə diridirlər” və millətimiz var olduqca, onlar da yaşayacaqlar!”.
Siasyi şərhçi Asif Nərimanlı isə bildirib: “27 sentyabr: hər şeyin başlandığı, tarixin axınının dəyişdiyi gündür;
Müharibədən öncə, müharibə vaxtı və sonrasında çevrəmdəki müzakirələrdə həmişə demişəm və həmişə belə düşünmüşəm: bu, millət olaraq bizim taleyimizdir, bir gün yaşamalıydıq; 30 il sonra oldu, amma 50 il sonra da ola bilərdi və şükür ki, bunu yaşadıq, gördük, sonrakı nəsilə qalmadı və bütün bunlara görə tarix boyu şəhidlərə minnətdar olacağıq;
Müharibədən sonra da həmişə Xocalıya, Xocavəndə, Xankəndinə qayıdacağımızı yazırdıq. Bu üç ildə Xankəndini, Xocalını, Xocavəndi itirdiyimiz fikirləri çox olurdu. Mənim bu məsələyə bir yanaşmam olub: biz bu torpaqları yalnız millət olaraq onun itkisi ilə barışdığımız halda itirə bilərdik, nə Rusiya, nə başqa bir güc buna nail ola bilməz. Necə ki, işğalla barışmadığımız üçün buna son qoyduq, bu ərazilərdə suverenliyimizin tam bərpası da məhz millətin iradəsindən keçirdi. Və üç il sonra nəhayət proses tamamlanmaq üzrədir”.
Siyasi şərhçi Aqşin Kərimov deyib: “Bu gün milli ləyaqət və qürurumuzu bərpa etmək üçün yola çıxdığımız gündür.
Anım Günü şəhidlərin sayəsində Azərbaycan xalqının qürurunu göstərir.
Azərbaycanın Qarabağ müharibəsindəki Qələbəsi həm də ədalətin, ədalətsizlik, mənəviyyatın mənəviyyatsızlıq, xeyirin şər üzərindəki Zəfəridir.
Şəhidləri kədərlə və qürurla anırıq!
Zəfərimiz əbədi olsun!”.
Əli
Yazı "Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı" İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş məsuliyyətinin artırılmasında Azərbaycançılıq ideologiyasının rolu” adlı layihə əsasında dərc edilir