AZ   |   RU
Polşadan Ukraynaya zəng: Şikayətinizi geri götürün


Polşanın kənd təsərrüfatı naziri Robert Telus Ukraynanı Varşavaya qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayətini geri götürməyə çağırıb.

Missiya.Az 
xəbər verir ki, "STAR" məlumat yayıb.

Telus bu qiymətləndirmələri ukraynalı həmkarı Mikola Solski ilə onlayn görüşdən sonra edib.

Taxıl məsələsində Polşanın mövqeyinin bəlli olduğunu bildirən nazir: "Ukraynadan gələn taxıl Polşa bazarına girə bilməz. Kiyev bizim mövqeyimizi anlayır", - deyə qeyd edib.

Xatırladaq ki, Aİ Komissiyası sentyabrın 15-də Ukraynadan buğda, qarğıdalı, kolza və günəbaxan toxumlarının idxalına qoyulan müvəqqəti qadağanı ləğv edib, lakin Polşa, Macarıstan və Slovakiya məhdudiyyətləri birtərəfli qaydada uzatmağa qərar verib. Bu addımdan sonra Ukrayna üç ölkədən ÜTT-yə şikayət edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 27-09-2023, 16:21