AZ   |   RU
Xankəndidəki partlayış nəticəsində 237 yaralı Ermənistana çatdırılıb

Xankəndi yaxınlığındakı yanacaq məntəqəsinin partlaması nəticəsində 237 yaralı Ermənistan xəstəxanalarına çatdırılıb. 


Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.


Məlumata görə, yaralıların 142 nəfəri helikopterlə, 95-i isə təcili tibbi yardım maşınları ilə Ermənistana çatdırılıb. 


“Hazırda yaralılar həkim nəzarətindədir və onlara lazımi tibbi yardım göstərilir. Çatdırılma prosesi davam edir”, - deyə məlumatda vurğulanıb.

 



Daşqın Həsənov
Missiya.Az



  • 27-09-2023, 12:24