- 26-09-2023, 18:08
SON XƏBƏRLƏR
Bu gün, 09:18 |
Bu gün, 09:09 |
Bu gün, 09:07 |
Bu gün, 00:36 |
Bu gün, 00:24 |
Dünən, 23:40 |
Dünən, 23:39 |
Dünən, 23:20 |
Dünən, 23:19 |
Dünən, 23:02 |
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova məktub göndərib.
Missiya.Az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Qardaş Türkmənistan bu gün sosial-iqtisadi sahədə böyük uğurlara nail olmuş, hər cəhətdən çiçəklənən bir diyara çevrilmişdir. Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk.
Hazırda səmərəli əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı perspektivlər vardır. İnanıram ki, ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimiz, qarşılıqlı inam və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və dərinləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkmənistan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Bu gün, 09:18 |
Bu gün, 09:09 |
Bu gün, 09:07 |
Bu gün, 00:36 |
Bu gün, 00:24 |
Dünən, 23:40 |
Dünən, 23:39 |
Dünən, 23:20 |
Dünən, 23:19 |
Dünən, 23:02 |
![]() |
“Avropada bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışırlar” - Qriqori Karasin |
![]() |
Netanyahunun oğlu İsraildəki dərin dövlətdən danışıb - “Onlar Amerikanın diktəsi ilə hərəkət edir” |
![]() |
“Ukrayna ilə danışıqların üçüncü raundunun tarixi hələ müəyyən edilməyib” - Peskov |
![]() |
“Bakı Moskvaya siqnal göndərmək üçün Ukraynaya yaxınlaşa bilər” - Rusiyalı deputat |
![]() |
Putin və İlham Əliyev arasında telefon danışığı planlaşdırılmır - Kreml |
![]() |
Moskvadan mesaj var – “Bizim üçün, xalqlarımız arasındakı dostluq münasibətləri çox önəmlidir” |
![]() |
Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana müraciət edib |
![]() |
Rusiya Azərbaycandan nəyi xahiş edib? |
![]() |
Ermənistan öz maraqlarının zərərinə Qərbə doğru irəliləyir - Rusiya XİN |
![]() |
“Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir” - Peskov |
![]() |
“Ərdoğan növbəti dəfə prezidentliyə namizəd ola bilər” - Türkiyə Prezidentinin baş müşaviri |