AZ   |   RU
İranda edamlar davam edir


İranın Məşhəd şəhərindəki Vəkilabad zindanında saxlanılan məhbus dar ağacından asılıb.

Missiya.Az "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə ölkənin İnsan Haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, o, narkotik cinayətlərində ittiham olunub.

Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatı İranda ölüm hökmlərinin və icrasının artan tendensiyasına edamları pisləyən bəyanat yayıb, lakin ölkə hakimiyyəti buna məhəl qoymur.

Zərintac Mayisqızı
Missiya.Az




  • 26-09-2023, 11:07