AZ   |   RU
Dünya mediası Azərbaycanın unikal xarici siyasətini alqışlayır - Heç kəs Bakı ilə mübahisə etmək istəmir

Azərbaycanın yürütdüyü xarici siyasətlə bağlı son günlər dünyanın aparıcı KİV-ləri diqqətçəkən təhlillər təqdim edirlər. Bu gün “Politico” nəşri də ölkəmizlə bağlı mühüm əhəmiyyət kəsb edən geniş bir məqalə hazırlayıb. Həmin məqalədə ölkəmizin dünya ölkələri ilə qurduğu dostluq münasibətlərinə və Azərbaycan prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində geosiyası vəziyyəti Bakının xeyrinə dəyişməsindən bəhs olunur. “Politico” nəşrinin dərc etditiyi məqalədə “Vaşinqtondan Brüsselə və Moskvadan Pekinə kimi heç kim Azərbaycanla mübahisə etmək istəmir” başlıqlı yazısı xüsusi diqqət cəlb edir.

Nəşrin də vurğuladığı kimi Azərbaycan uzun illərdir dünya ölkələri ilə dərin dostluq münasibətləri qurmaqda və dünyanın ikiyə bölünməyə doğru getdiyi bir prosesdə Bakı çox incə siyasi gediş edərək, hansısa qlobal gücün yanında yer almadı. Əksinə düşünülmüş və planlaşdırılmış siyasi gediş nəticəsində bu gün Azərbaycan həm Qərblə həm də Rusiya və Çinlə dərin dostluq münasibətlərini davam etdirməkdədir. Buna əyanı sübut olaraq, hazırda davam etməkdə olan Rusiya-Ukryana müharibəsi səbəbindən dünya ikiyə bölünmüş bir vəziyyətdə olmasına baxmayaraq, Azərbaycan həm Rusiya, həm də Ukryana ilə balanslaşdırılmış siyasət yürütməkdədir. Hətta bu gün ABŞ başda olmaqla Qərb dünya ölkələrinin böyük əksəriyyətini Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur etməyə səy göstərməsinə baxmayaraq, ölkəmiz buna getmədi Rusiyaya qarşı sanksiyalara qoşulmamasına baxmayaraq, ölkəmizin Qərblə münasibətlərini daha da möhkəmləndirdi.

Azərbaycanın uzun illərdir qarşısında duran ən əsas məsələ Qarabağ düyününü həll etmək idi. Bir neçə il bundan öncə həmin problemlə bağlı Ermənistan və onun havadarları Azərbaycanı Qarabağa status verməyə səy göstərmələrinə və ölkəmizi bu kimi haqsızlıqla barışmağa məcbur etmələrinə baxmayaraq, İlham Əliyev bütün təzyiqlərə sinə gərərək, bildirdi ki, Qarabağa status verilməsindən söhbət gedə bilməz.

Dövlət başçısı Qarabağ probleminin danışıqlar yolu həll edilməyəcəyini gözəl anlayırdı. Hətta çıxışlarında dəfələrlə bildirmişdi ki, Azərbaycan hərb yolu ilə öz torpaqlarını işğaldan azad etməyə qadirdir. Amma buna baxmayaraq, İlham Əliyev buna tələsmirdi və düzgün məqamın yetişməsini səbir və təmkinlə gözləyirdi. Onun yürütdüyü siyasət nəticəsində Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdi və bütün dünya güclərini oyundan kənarlaşdıra bildi.

Müharibənin bitməsindən sonra Ermənistan Qarabağın itirilməsi ilə barışa bilmir və separatçılar üzərindən orada varlığını davam etdirmək xəyalında idi. Separatçıların 44 günlük müharibədən sonra Qarabağı tərk etməsi ilə əldə olunan razılaşmaya baxmayaraq, Ermənistan bundan boyun qaçırmağa can atırdı. Ancaq Azərbaycan bu problemin güc yolu ilə yox, danışıq yolu həll edilməsinin tərəfdarı olmasına can atırdı. Ölkəmiz isə belə bir problemlə heç vaxt barışa və ölkə ərazisində separatçılıq fəaliyyətlərinin hökm sürməsinə biganə qala bilməzdi. Nəhayat bir neçə gün bundan öncə Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan torpaqlarımızda antiterror tədbirləri ı keçirilərək, separatçıları 24 saata ağ bayraq qaldırmağa məcbur etdik və qondarma rejimin birdəfəlik tarixdən silinməsinə nail oldu. Antiterror əməliyyatları keçirilən zaman əli qolu-bağlı qalan Ermənistan isə avantürist bəyanatlar səsləndirərək, Azərbaycanı Qarabağda yaşayan ermənilərə qarşı “etnik təmizləmə” aparmaqda ittiham etməyə can atırdı.

Ermənistanın dünya güclərini ve beynəlxalq təşkilatları Azərbyacanı Qarabağda “etnik təmizləmə” aparmasına inandırmaq istəyi isə heç bir nəticə vermədi. İrəvanın bu cür dələduzluğuna qarşı isə ən gözəl cavab Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun BMT-də çıxışı zamanı göstərdiyi sübüt və dəlillər, Daxili İşlər Nazirliyinin əməkdaşlarının isə Qarabağda yaşayan ermənilərə göstərdiyi   diqqət və qayğı oldu. Bütün bu proseslər Azərbaycanın uzun illərdən bəri unikal xarici siyasət yürütdüyünü bir daha ortaya qoymuş oldu. Odur ki, bu gün dünya mediasının Azərbaycanın xarici siyasətinə diqqət yönəltməsi təsadüfi deyil.

Daşqın Həsənov
Missiya.Az



  • 25-09-2023, 13:25