AZ   |   RU
Fredlə Fənərbaxçanın üzü gülür


"Fənərbağça"nın yeni transferlərindən olan Fred "Alanyaspor" matçında göstərdiyi təsirli çıxışla hər kəsdən tam qiymət alıb.

Missiya.Az xəbər verir ki, "Star" məlumat yayıb.

Bildirilib ki, bu barədə Konfrans Liqasında "Nordsjaelland" matçında 2 məhsuldar ötürmə edərək 11 ildən sonra "Fənərbaxça" formasında bir ilkə imza atan Fred dünən "Alanyaspor"la matçda da əsas adlardan biri olub.

Yarımmüdafiədə rəqibləri üzərində böyük üstünlüyə malik olan braziliyalı futbolçu hücumlarda da yaxşı oynayır. O, effektiv ötürmələri ilə komanda yoldaşlarına mövqelər hazırlayır.

 Zərintac Mayisqızı
 Missiya.Az






  • 25-09-2023, 11:45