AZ   |   RU
İrəvanla Bakı arasında sülh müqaviləsi bağlamaq üçün bütün ilkin şərtlər var - Peskov


“Əlbəttə ki, bu saziş üzərində işin yekunlaşmasına qədər çoxlu texniki məsələlər qalıb”.

Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının vaxtı barədə danışmağın hələ tez olduğunu hesab edən Peskov: “ İndi çətin ki, kimsə sülh müqaviləsinin bağlanması vaxtını göstərməyi öhdəsinə götürsün, lakin nəzərə alsaq ki, Qarabağa mənsubiyyətlə bağlı əsas məsələ indi həll olunub – Ermənistanın qərarı ilə həyata keçib. Ümumiyyətlə bu məsələ ilə bağlı o zaman danışa bilərik ki, mühüm irəliləyiş təmin edilsin.”, - əlavə edib.

Kremlin sözçüsü qeyd edib ki, sülh müqaviləsi üçün bütün ilkin şərtlər mövcuddur və hər şey düzgün qaydada getsə finişə çatmaq mümkündür.

Zərintac Mayisqızı
Missiya.Az




  • 21-09-2023, 17:20