AZ   |   RU
Polşa Ukraynaya silah tədarükü ilə bağlı yeni açıqlama verib

 

Hazırda Polşa əvvəllər razılaşdırılmış müqavilələr əsasında Ukraynaya silah tədarükünü davam etdirir. Bu qayda Krab haubitsalarının köçürülməsinə də aiddir.


Missiya.Az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Piotr Müller bildirib . 


“Silah tədarükü ilə bağlı suallar kontekstində sizə bildirmək istərdim ki, Polşa yalnız əvvəllər razılaşdırılmış sursat və silah tədarükünü həyata keçirir, o cümlədən Ukrayna ilə imzalanmış müqavilələrdən irəli gələnləri”, - deyə o əlavə edib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 21-09-2023, 16:53