AZ   |   RU
Xankəndi tamamilə Azərbaycanın nəzarətindədir – “Hər yerdə postlar qoyulub”


“Dünəndən etibarən Azərbaycan əsgərləri Xankəndidə qaydalar diqtə edirlər”.

Missiya.Az
 xəbər verir ki, bunu özünün "Facebook" səhifəsində “Şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan yazıb.

Abramyan qeyd edib ki, Azərbaycan təmsilçiləri Xankəndinin girişində, eləcə də kəndlərdən şəhərə gələn yollarda blok-postlar qoyublar.

“Bu gün azərbaycanlılarla danışıqlar aparılacaq, danışıqlar zamanı Artsaxdakı vəziyyətin ətraflı müzakirəsi aparılacaq. Görüşdə çoxlu sayda suallara cavabların alınacağı gözlənilir. Əsas suallardan biri budur: Qarabağdakı soydaşlarımızı nə gözləyir, onların taleyi necə olacaq? İlk baxışdan görünən odur ki, artıq hər şey aydındır, amma necə deyərlər, “şeytan təfərrüatladadır”. Düşünürəm ki, bugünkü danışıqlar nə nə etmək lazım olduğuna aydınlıq gətirəcək” - deyə deputat yazıb.


Missiya.Az



  • 21-09-2023, 10:50