AZ   |   RU
Bayden və Zelenski bu gün Ağ Evdə görüşəcək

Ukrayna prezidenti Volodimir Zelenski Nyu-Yorka səfəri çərçivəsində ABŞ dövlət başçısı Co Baydenlə görüşəcək. 


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Zelesnki Baydendən ATACMS raketlərinin Ukraynaya verilməsini gözləyir.


Qeyd olunub ki, Bayden Zelenskini bu gün Ağ Evdə qəbul edəcək:


“Liderlərin təhlükəsizlik zəmanətləri, hərbi və maliyyə yardımı kimi geniş spektrli məsələləri müzakirə edəcəyi gözlənilir. Bu, Baydenin 2023-cü ildə Zelenski ilə üçüncü görüşü olacaq”, - deyə məlumatda vurğulanıb. 



Daşqın Həsənov
Missiya.Az
 



  • 21-09-2023, 09:47