AZ   |   RU
Rusiya avtomobil idxalının 90 faizindən çoxunu Çindən həyata keçirir


Rusiya Federal Gömrük Xidmətinin (FTS) sədr müavini Ruslan Davıdov bu ilin ilk 8 ayında Rusiyanın avtomobil idxalında Çinin 92 faiz paya sahib olduğunu bildirib.

Missiya.Az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Avropa İttifaqı ilə ticarətinin azalmasına diqqət çəkən Davıdov: "Bu, təbii ki, proqnozlaşdırıla bilən bir vəziyyətdir, Aİ bazarı öz üzünə bağlayıb".

Qeyd edək ki, ölkədə yeni avtomobil satışları avqust ayında keçən ilin eyni dövrünə görə 160 faiz artaraq 109 min 700-ə çatıb. Yeni avtomobillərin satışında ən böyük paya malik şirkət “Avtovaz” şirkəti olduğu halda, ikinci yeri Çinin “Chery” şirkəti tutub. Bir çox Qərb avtomobil şirkəti Rusiya-Ukrayna müharibəsi səbəbindən Moskvadakı fəaliyyətlərini dayandırdıqlarını açıqlayıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 19-09-2023, 18:18