AZ   |   RU
6 aya 1 ton heroin, 185 kq “patı” aşkar edilib

Son günlər sosial şəbəkələrdə narkotik çəkənlərin sayının artmasından narahatlıq çağırışları və narkotikin təsiri altında özünü idarə etmək qabiliyyətini itirmiş insanların, xüsusən də yetkinlik yaşına çatmayanların videoları geniş yayılır.

Daxili İşlər Nazirliyi açıqlama verərək “patı” adlanan narkotikin daha çox sosial şəbəkələr vasitəsilə satıldığını bildirib və bununla mübarizəyə hər kəsin qoşulmasının vacibliyini elan edib.

Missiya.Az xəbər verir ki, DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov açıqlamasında bildirib ki, 2021-ci ilin 6 ay 11 günü ərzində polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ton 213 kiloqram narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb:

“Onlardan 1 ton 20 kiloqramı heroin, 184 kiloqramı metamfetamin (“patı” - red.), 144 kiloqramı tiryək, 764 kiloqramı marixuana olub. Qalanları isə digər növ narkotik vasitələrə aiddir.

Bu faktlarla bağlı 4066 cinayət işi başlanılıb, onlardan 191-i narkotik vasitələrin kultivasiyası ilə bağlı olub”.


  • 13-07-2021, 16:57