AZ   |   RU
Ərdoğan Putinlə görüşünün təfərrüatını açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşünün təfərrüatını açıqlayıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

O, qeyd edib ki, bu ilin 7 ayında Türkiyəyə 3,5 milyon rusiyalı turist gəlib.

“Mən bu gün Soçidə Rusiya Prezidenti, əziz dostum Putinlə görüşdüm və gündəliyimizdəki məsələləri müzakirə etdim. Biz xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq. İnanıram ki, qalan müddətdə bu rəqəm daha da artacaq”, - o qeyd edib.

Türkiyə Prezidenti onu da vurğulayıb ki, inşaat işləri sürətlə davam edən Akkuyu Atom Elektrik Stansiyasından əlavə, Putinlə Sinop Atom Elektrik Stansiyasının tikintisini də müzakirə edib:

“Diqqət yetirdiyimiz məsələlərdən biri də Qara dəniz təşəbbüsünün canlandırılması idi. Bu kontekstdə Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətləşərək, əhəmiyyətli irəliləyişləri ehtiva edən yeni təkliflər paketi hazırladıq.Türkiyə olaraq gözləntiləri qarşılayacaq bir həllə qısa zamanda çatacağımıza inanıram".



  • 4-09-2023, 23:55